Öyrenme hekayeli ders planı ÖĞRENME HİKAYELİ DERS PLANI.musiqi | Page 2
MƏQSƏD:
-Şərq musiqisində geniş yayılmış 6/8 xanə ölçüsünü nümayiş edir, ona uyğun olaraq dirijorluq edir.
Müxtəlif xalqların musiqisini fərqləndirir.
İNTEQRASİYA:
Fənlərarası: A-d 1.1.2.
-Dinlədiyi fikirləri, əlavələri ilə inkişaf etdirir.
Fəndaxili: 1.1.2 1.2.2.
-Bəstəkar və xalq melodiyalarında tanıdığı intervalları müəyyən edir.
-Milli və Avropa musiqi kollektivlərini fərqləndirir.
İş forması: Fərdi, kiçik qruplarla iş
İş üsulu: Beyin həmləsi, təqdimat, Venn diaqramı, Klaster üsulu, müzakirə,
Krossvord
Resurslar: Dərslik, iş vərəqi, təbaşir, f-no, sintezator, kompyuter, musiqi alətləri,
DƏRSİN GEDİŞİ
Şagirdlər Uvertüranın sədaları altında sinifə daxil olaraq müəllimi salamlayır. Dərs açıq elan
edildikdən sonra, şagirdlərin ifasında Azərbaycan Respublikasının Himni oxunur.
M- Azərbaycan Respublikasının dövlət Himni hansı ölçüdədir?