"Yoldaş" Fanzin Feyral 2017 | Page 22

Bertolt Brext
Oxumuş işçi soruşur
Yeddi qapılı Teben şəhərini quran kimdir? Kitablar yalnız kralların adını yazar. Yoxsa, qayaları daşıyan krallar idimi? Bir də, Babil var idi dəfələrlə uçurulan, kim tikib Babili hər dəfə uçulanda? Tikinti işçiləri hansı evində məskən salıblar qızıllar içində üzən Limanın? Bənnaların aqibəti necə oldu səncə Çin Səddi tikilib qurtardıqda? Gör nə qədər zəfər abidələri vardı Qüdrətli Romada! Kimlərdir görəsən bu abidələri ucaldanlar? Sezar kimləri məğlub etdi ki, bu zəfərləri qazandı? Saraylardan başqa yaşanacaq yer yox idimi, adı dillər əzbəri olmuş nəhəng Bizansda? Atlantidada, o nağıllar ölkəsində belə, bir gecə yarısı boğularkən insanlar vıyıldayan dənizdə, çığırıb, kömək istədilər qullarından. Hindistanı necə aldı tüksüz İskəndər? Təkbaşına tutdumu oranı? Necə məğlub etdi Qaliyalıları Sezar? Heç bir nəfər aşçı da yox idimi yanında? İspaniyalı Filipp ağladı deyirlər eskadrası tam heyətlə batarkən Ondan başqası ağlamadımı? Yeddiillik müharibədə 2-ci Fridrix qalib oldu Yox idimi ondan savayı qalib olan?
Kitabların hər səhifəsinə bir zəfər həkk olunub Bəs bişirən kimdir zəfər aşını?
20