test A4_Catalog_ПГС_Азербаджан_3 | Página 94

TIKIŞLI MAT TEXNO TŞ 5762-006-74182181-2014 dəyiş. 1-lə Tətbiq sahəsi Tikişli Mat TEXNO mülki və sənaye tikintisinin yeni tikililərində və müxtəlif təyinatlı bina və qurğuların rekonstruksiyasında istilik və səsizolyasiyaedici kimi, hava kəmərlərinin oddan qorunmasında, eləcə də yüksək temperaturlu avadanlıqların, boru kəmərlərinin, buxar borularının, qaz yollarının, elektrik süzgəclərin istilik izolyasiyası üçün nəzərdə tutulmuşdur. İzolyasiya edilən səthlərin temperaturu + 750 C-dək olduqda tətbiq edilir. Qaz yollarının oddanqoruyucu örtüyü kimi sertifikasiya edilmişdir. Məhsulun təsviri Tikişli Mat TEXNO — bazalt qrupuna aid dağ süxurları əsasındakı mineral pambıqdan hazırlanmış yanmayan, istilik — səsizolyasiyaedici tikişli matdır. Matın bir tərəfi setka ilə (qalvanizasiya edilmiş və ya sinklənmiş poladdan) örtülür və sinklənmiş metalik məftillə tikilir. Mat həmçinin bir tərəfdən folqa ilə (armaturlanmış və armaturlanmamış) örtülmüş şəkildə də istehsal edilə bilər. Saxlanması Örtülü anbarlarda, atmosfer yağıntılarının təsirindən qoruyaraq saxlanılmalıdır. Daşınma zamanı zədələnmələrdən və nəmliyin təsirindən qirumaq lazımdır. 94 Əsas fiziki-mexaniki xarakteristikaları TIKIŞLI MAT TEXNO 50 TIKIŞLI MAT TEXNO 80 TIKIŞLI MAT TEXNO 100 Sıxlıq, kq/m 3 50 (±5) 80 (±8) 100 (±10) Sıxlaşdırılma əmsalı, Kc 1,2 1,2 1,2 İstilikkeçirmə, Vt / m∙° С λ 10 0,034 0,033 0,034 λ 25 0,036 0,035 0,036 λ 125 0,055 0,046 0,044 λ 300 0,111 0,085 0,077 Nəmlik çox olmayaraq, % 0,5 0,5 0,5 Sıxıla bilmə qabiliyyəti, % 40 30 25 Elastiklik, az olmayaraq, % 90 90 90 Üzvi maddələr.miqd. çox olmayaraq, % 1,5 1,5 1,5 Yanarlıq*, Dərəcə Yanmayan (NG) Uzunluq, mm 2400 En, mm 1200 Qalınlıq, mm 50-100 *Armaturlanmış alüminium folqa ilə örtülmüş məmulatlar G1 yanarlıq qrupuna aiddirlər. TEXNONIKOL korporasiyası