test A4_Catalog_ПГС_Азербаджан_3 | Page 60

IKIKOMPONENTLI POLIURETAN HERMETIK TEXNONIKOL 2К PREMIUM TŞ 2513-081-72746455-2014 Tətbiq sahəsi — — şaquli və maili inşaat konstruksiyalarının qovuşma yerlərinin hermetikləşdirilməsi; — — maksimal deformasiyası ± 25% olan deformasiya tikişlərinin hermetikləşdirilməsi; — — monolit və yığma dəmir-beton konstruksiyaların hermetikləşdirilməsi. Məhsulun təsviri Yüksək keyfiyyətli, ikikomponentli poliuretan hermetik TEXNONIKOL 2К, mülki və sənaye təyinatlı bütün növ bina və qurğuların tikintisi və təmirində panellərarası qovuşma yerlərinin, yarıqların, çatların hermetikləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Komponentlər qarışdırıldıqdan sonra kimyəvi reaksiya nəticəsində bərkimə baş verir. Bərkimə sürəti temperatur artdıqca yüksəlir. Bərkidikdən sonra hermetik əsas inşaat materiallarına çox yüksək adgeziyaya malik olur. İşçi temperaturu çox geniş (-60 C-dən, + 70 C-dək ) diapazondadır, yüksək elastikliyə və ultrabənövşəyi şüalara davamlığa malikdir. Akril fasad boyaları ilə rənglənirlər. İşlərin ictrası İQ 70.13330.2012 texniki şərtlərin 6 bəndi və “TEXNONIKOL 2К hermetikindən istifadə ilə panellərarası qovuşma yerlərinin hermetikləşdirilməsi üzrə Təlimat”a uyğun olaraq. Dəriyə və görə düşməsindən qorunmalı. Yaşayış otaqlarında o şərtlə istifadə edilə bilər ki, otaqlar istismara verilənədək hermetik tamamilə bərkimiş (polimerləşmiş) olsun. Açıq alov mənbələri yaxınlığında istifadə etməməli. İQ 131.13330.2012 üzrə bütün iqlim rayonlarında tətbiq edilə bilər. Əsas fiziki-mexaniki xarakteristikaları IKIKOMPONENTLI POLIURETAN HERMETIK TEXNONIKOL 2К Sıxlıq, q/sm 3 , hüdudlar 1,45±0,02 Ömrü, saat, hüdudlar 5-9 "Nümunə-kürəklərin dağılma anında şərti möhkəmliyi", MPa, az olmay. 3 "Nümunə-kürəklərin dağılma anında nisbi uzanması", %, az olmay 350 "Nümunə -tikişlərin dağılma anında şərti möhkəmliyi", MPa, az olmay. 25 "Nümunə-tikişlərin dağılma anında nisbi uzanması", %, az olmay. 300 Axıcılığa müqavimət, mm, az olmay. 1 Dağılma xarakteri koqeziyalı Üst bazalt qatının geniş rəng qamması Ağ Boz Saxlanması Quru və işıqdan qorunan yerdə, -20 C-dən, + 30 C-dək temperaturda saxlamalı. Zəmanətli saxlanma müddəti — 18 aydır. 60 TEXNONIKOL korporasiyası