TEXNONİKOL
MASTİKA № 33
TŞ 5775-045-72746455-2010
Məhsulun təsviri
TEXNONİKOL mastika № 33 — lateks və polimer
modifikatorlarla modifikasiya edilmiş bitumlu su-emulsiya
mastikası. Tərkibində üzvi həlledicilər yoxdur.
Tətbiq olunma sahəsi
— — mastikalı dam örtüklərinin quraşdırılması;
— — inşaat konstruksiyalarının (bünövrələrin, zirzəmilərin,
dirəklərin və torpaq altında qalan dirəklərin və yaxud
da rütubətli mühitlə təmasda olan digər obyektlərin)
hidroizolyasiya müdafiəsi;
— — daxili məkanların (vanna otaqlarının, hovuz
döşəmələrinin, eyvanların, zirzəmilərin)
hidroizolyasiyasının quraşdırılması.
EKO
Əsas fiziki-mexaniki xarakteristikaları
TEXNONİKOL MASTİKA № 33
Betona birləşmə davamlılığı, MPa, ən azı 0,6
Şərti davamlılıq, MPa, ən azı 0,7
Parçalanma zamanı nisbi uzanma, %, ən azı 900
Çəkiyə görə 24 saat ərzində suhopma, %,
ən çoxu 0,4
Çəkiyə görə emulqatorla büzücünün miqdarı,
%, həddi 53–65
5 saat ərzində istiliyə davamlılıq, С, ən azı 140
-25 С temperaturda 5,0±0,2 mm radiuslu tirdə çatlar yoxdur
elastiklik
0,1MPa təzyiqdə 24 saat ərzində sukeçirməzlik
dözümlüdür
İstifadə qaydası
— — əllə çəkilmə (diyircəklə və ya fırça ilə);
— — mexanikləşdirilmiş çəkilmə, RX-28 və ya analoji qurğu
ilə.
Mexaniki çəkilmə üsulunda mastikanı koaqulyant məhlulu
ilə birlikdə (QOST 450–77 üzrə hidratlaşdırılmış kalsium
xlorid, su məhlulu 10–12 %, 25 l suya 4 kq duz) ikikanallı
qurğu vasitəsilə koaqulyant məhlulunun mastikaya 1:8
nisbətində olması şərtilə səpmək mümkündür.
Mastikalı dam örtüyünün quraşdırılmasına sərfiyyat —
4,5–5,5 kq/m 2 , hidroizolyasiyanın quraşdırılması zamanı
— 3,5–4,5 kq/m 2 .
İşlərin həyata keçirilməsi
TEXNONİKOL № 33 mastikasının istifadəsi üzrə təlimata
əsasən. Standart şəraitdə mastikanın quruma müddəti
«qopmaya» qədər — 1 dəqiqə, səthi quruma — 1–4 saat,
bərkimə — 24–72 saat, yekun davamlılığa çatma —
3 sutkadan 7 sutkaya qədər.
Qablaşdırma
200 litr həcmli metal çəlləklər.
56
TEXNONIKOL korporasiyası