test A4_Catalog_ПГС_Азербаджан_3 | Page 51

TEXNONİKOL BİTUMLU EMULSİYA PRAYMERİ № 04 EKO TŞ 5775-006-72746455-2007 Məhsulun təsviri TEXNONİKOL bitumlu emulsiya praymeri № 04 — texnoloji əlavələrlə modifikasiya edilmiş neft bitumunun su emulsiyasıdır. Tərkibində həlledicilər yoxdur. Tətbiq olunma sahəsi Aşağıdakılar üçün nəzərdə tutulmuşdur: • məkan daxilində hazırlıq işlərinin aparılması; • əridilən və özüyapışan dam örtüyü və hidroizolyasiya materiallarını döşəməzdən əvvəl sement-qum, beton və digər səthlərin qruntlaşdırılması; • hidroizolyasiya örtüyünün əsasa möhkəm bərkiməsini təmin etmək. • Praymerin sərfiyyatı –0,25–0,35 l / m 2 . Əsas fiziki-mexaniki xarakteristikaları TEXNONİKOL BİTUMLU EMULSİYA PRAYMERİ № 04  Emulqatorlu bitumun miqdarı, %, hüdudlar 25–40 Yumşalma temperaturu, ° С, ən azı 75 (20,0±0,5) °С temperaturda şərti özlülük, s, hüdudlar 5–30 Quruma vaxtı, saat, çox olmayaraq 1 İşlərin həyata keçirilməsi TEXNONİKOL Korporasiyasının bitum-polimer əriyən materiallarından dam örtüklərinin layihələndirilməsi və inşa edilməsi üzrə ümumi təlimatına əsasən, TEXNONİKOL Korporasiyasının yeraltı qurğularının hidroizolyasiyası üzrə təlimatına əsasən. İstifadə temperaturunun diapazonu +50 °С-dən +300 °С-dək. Standart şəraitdə praymerin quruma müddəti 1 saatdan çox deyil. Məhsul su əsaslıdır, tərkibində üzvi həlledicilər yoxdur. Dəriyə və gözə düşməsinin qarşısını alın. Saxlanılma Quru, işıqdan və rütubətdən qorunan yerdə +50 °С-dən aşağı olmayan temperaturda saxlayın. Zəmanətli saxlanma müddəti — 6 aydır. Qablaşdırma haqqında məlumat 10 l və 20 l həcmli metal avrovedrələr. www.tn.ru 51