test A4_Catalog_ПГС_Азербаджан_3 | Page 47

LOGICBASE P-SL Məhsulun təsviri LOGICBASE P-SL — bu ikiqat armaturlaşdırılmamış membran polipropilen (PP) əsaslı yüksək keyfiyyətli termoplastik poliolefinlərdən (TPO), dolduruculardan və texnoloji əlavələrdən ibarət plastik kütlənin vahid lövhə şəklində formalaşdırılması yolu ilə istehsal olunur. Membranın üz səthi narıncı rəngdə; alt səthi qara rəngdədir. Membranın narıncı rəngli siqnal qatı montaj prosesində hidroizolyasiyanın zədələnmələrini aşkar etməyə şərait yaradır. Membran 2.0 mm qalınlıqda lövhə şəklində istehsal olunur. UB şüaların təsirinə qarşı stabilləşdirilməmişdir. Tətbiq olunma sahəsi Material inşaat konstruksiyalarının və mühəndis qurğularının hidroizolyasiyasının quraşdırılması üçün nəzərdə tutulmuşdur. Əsas fiziki-mexaniki xarakteristikaları LOGICBASE P-SL Vahid sahəyə düşən kütlə, kq/m 2 1,9 Dartılma zamanı davamlılıq, B metodu, MPa, ən azı rulonun uzununa 14 rulonun eninə 13 Maksimal yüklənmə zamanı uzanma, % rulonun uzununa 1080 rulonun eninə 1138 Sukeçirməzlik*, 64 MPa 24 saat ərzində Mütləq Çəkiyə görə suudma, %, ən çoxu ≤ 0,1 Statik basılmaya qarşı müqavimət, kq, ən azı 20 Bərk əsas üzrə dinamik basılmaya müqavimət, mm, ən azı ≥1300 Aşağı temperaturda 5 mm radiuslu tirdə elastiklik, Mənfi 60 С, ən çoxu Geometrik ölçülər Rulonun uzunluğu, m 20 Rulonun eni, m 2,1 İşlərin həyata keçirilməsi LOGICROOF T-SL.2014‑cü il PVX membranları əsasında hidroizolyasiya sisteminin quraşdırılması üzrə təlimata əsasən. Saxlanılma Quru, qapalı məkanda üfüqi vəziyyətdə zavod qablaşdırmasında hündürlük boyunca üç sıradan çox olmayaraq Daşıma Örtülü nəqliyyat vasitələrində altlıqlarda üfüqi vəziyyətdə hündürlük boyunca üç rulondan çox olmayaraq. Qablaşdırma haqqında məlumat Polimer membranlar taxta palletlərdə təchiz edilir. Hər bir rulon çirkdən və ultrabənövşəyi şüalardan qorunmaq üçün qeyri-şəffaf plyonkaya qablaşdırılmışdır. www.tn.ru 47