Şirkət haqqında
TEXNONIKOL — etibarlı və effektiv tikinti materiallarının ən
böyük beynəlxalq istehsalçılarından biridir. Şirkət bazara özündə
aparıcı dünya təcrübəsini və şəxsi elmi mərkəzlərin tədqiqatlarını
birləşdirən ən yeni texnologiyaları təklif edir.
Dizayn institutları, memarlıq emalatxanaları, qurucular, inşaatçılar,
fərdi ev sahibləri ilə əməkdaşlıq TEXNONIKOL şirkətinə müştəri
tələbatlarının dəyişikliklərə çevik və tez reaksiya verməyə imkan
verir.
Bu gün TEXNONIKOL dünyanın 7 ölkəsində (Rusiya, Belarus, Litva, Çexiya, İtaliya, Böyük Britaniya, Almaniya) 51 istehsalat
sahəsinə, 18 təlim mərkəzinə, 6 elmi mərkəzə, 18 ölkədə 22 nümayəndəliyə sahib olan şirkətdir. Məhsulları 90-dan çox
ölkəyə təchiz olunur. TEXNONIKOL şirkətinin qərargahları Rusiya, Polşa, İtaliya, Çin və Hindistanda yerləşir. 2016-cı ildə
TEXNONIKOL istehsal kompleksinin gəliri 70 milyard rubl təşkil etmişdir.
1992 1996-1999
TEXNONIKOL Korporasiyasının təsis olması. Məhsul xəttini genişləndirmək və daima artan tələbatı
təmin etmək üçün şirkət hidroizolyasiya materialları
istehsal edən yeni zavodlar işə salır.
XX əsrin sonuna şirkətin Rusiyanın müxtəlif regionlarında
5 istehsalat sahəsi və 35 ticarət şöbəsi fəaliyyət göstərir.
Şirkət Ukrayna bazarına çıxır və Kiyevdə birinci ticarət
bölməsini açır.
1993–1994
Şirkət Leninqrad vilayətinin Vıborq ruberoid zavodunda
şəxsi rulon dam örtüyü materiallarının istehsalına başlayır.
Moskvada ilk ofisi açılır.
1995
Şirkət rəhbərliyi tərəfindən şəxsi ticarət şəbəkəsinin inkişafı
haqqında qərar qəbul edilib. İlk regional ticarət bölməsi
Sankt-Peterburqda açılıb.
4
TEXNONIKOL korporasiyası