test A4_Catalog_ПГС_Азербаджан_3 | Page 34

LİNOKROM STO 72746455-3.1.13-2015 Məhsulun təsviri Linokrom — rulonlu, hidroizoləedici, əridilən dam örtüyü materialıdır. Linokrom — bitum və dolğudan ibarət olan bitum büzücünün şüşəlifli (şüşəkətan, şüşəparça) və ya poliefir əsasa ikitərəfli çəkilməsi, əlavə olaraq layın hər iki tərəfinə qoruyucu qatların çəkilməsi ilə əldə olunur. Qoruyucu qatlar kimi iridənəli (şist, asbaqal), xırdadənəli (qum) qoruyucu qat və polimer plyonka istifadə olunur. Qoruyucu qatların növündən və tətbiq olunma sahəsindən asılı olaraq, Linokrom aşağıdakı markalarda buraxılır: Linokrom К — layın üst tərəfindən iridənəli qoruyucu qat və əridilən tərəfindən polimer plyonka ilə; dam örtüyünün üst qatının inşası üçün tətbiq edilir. Linokrom П — layın üst tərəfindən xırdadənəli qoruyucu qat və ya polimer plyonka, alt tərəfindən isə polimer plyonka ilə; yaxud da layın hər iki tərəfindən xırdadənəli qoruyucu qat ilə; dam örtüyünün alt qatlarının inşası və inşaat konstruksiyalarının hidroizolyasiyası üçün tətbiq edilir. Tətbiq olunma sahəsi Binaların və tikililərin dam örtüklərinin tikintisi və inşaat konstruksiyalarının hidroizolyasiyası üçün nəzərdə tutulmuşdur. Əsas fiziki-mexaniki xarakteristikaları Çəki 1 m 2 , kq, (±0,25 kq)* LİNOKROM P LİNOKROM K 3,6 4,6 Uzununa/çarpaz istiqamətlə parçalama gücü*, N, ən azı poliefir 350 şüşəparça 700 350 700 şüşəkətan 300 300 Əriyən tərəfdən büzücünün çəkisi*, kq/m 2 , ən azı 1,5 1,5 Çəkiyə görə 24 saat ərzində suhopma*, %, ən çoxu 1 1 1 Səpmə itkisi*, q/nümunə, ən çoxu – Büzücünün kövrəklik temperaturu*, С, ən yuxarı mənfi 15 mənfi 15 R=25 mm tirdə elastiklik temperaturu*, С, ən yuxarı 0 0 Ən azı 0,001 MPa təzyiqdə 72 saat ərzində sukeçirməzlik* – mütləq Ən azı 0,2 MPa təzyiqdə 2 saat ərzində sukeçirməzlik* mütləq – İstiliyə davamlılıq* , С, ən azı 80 80 yuxarı tərəf loqotipsiz plyonka qranulyat əriyən tərəf loqotipli plyonka loqotipli plyonka Uzunluq/en, m 151 101 Altlığın qablaşdırması şəffaf termosıxlaşdırıcı paket Qoruyu örtüyün tipi Mənbə «TEXNONİKOL» dam örtüyü şirkətinin bitum-polimer materiallardan dam örtüklərinin layihələndirilməsi və inşa edilməsi üzrə təlimatına» əsasən, SNiP 23–01 üzrə bütün iqlim rayonlarında istifadə oluna bilər. 34 TEXNONIKOL korporasiyası