test A4_Catalog_ПГС_Азербаджан_3 | Page 27

TEXNOELAST TERRA STO 72746455-3.1.3-2013 Məhsulun təsviri Texnoelast TERRA — SBS-modifikasiya edilmiş təkqat hidroizolyasiya membranı Texnoelast TERRA — poliefir əsasa (çəkisi 250 q / m 2 ) bitum-polimer büzücünün ikitərəfli çəkilməsi ilə əldə olunur. Üst tərəfdə yüngül mexaniki qorumanı həyata keçirən və işləri yerinə yetirərkən günəşdən qorunmaq üçün xırdadənəli qoruyucu qatdan istifadə olunur. Alt tərəfdə isə material TEXNONİKOL-un tezəriyən indikator plyonka qatı ilə bağlanır. Tətbiq olunma sahəsi Material bünövrələrin, binaların və tikililərin yeraltı hissələrində hidroizolyasiyanın inşası üçün nəzərdə tutulmuşdur. Açıq üsulla tikilən tunellərin hidroizolyasiyası üçün də istifadə oluna bilər. Mənbə Texnoelast TERRA həm əsasa əridilmə yolu ilə, həm də sərbəst döşənmə şəklində hidroizolyasiya qatını inşa etməyə şərait yaradır (üfüqi səthə yapışmır və şaquli səthə mexaniki bərkidilir). Sərbəst döşənmə üsulunda tam bərkiməmiş və ya yaş betondan ibarət əsasa təkqat hidroizolyasiya kimi çəkmək olar, bu da işlərin həyata keçirilmə müddətini əhəmiyyətli dərəcədə qısaldır. Əsasın üstünə əridilmə prosesi yalnız propan odluq vasitəsilə həyata keçirilməlidir. Layların örtmə qatlarının qaynaqlanması həm propan odluqlarla, həm də isti hava fenləri ilə yerinə yetirilə bilər. Material sərbəst döşəndikdə isti hava ilə qaynaq edən avtomatlardan istifadə olunması qoruyucu və drenaj qatlarını zədələmir və tikiş qatlarını 4,5–5 m / dəqiqə sürətlə qaynaqlamağa şərait yaradır. İşləri «TEXNONİKOL» Şirkətinin «Bünövrələrin layihələndirilməsi və hidroizolyasiyası üzrə təlimatına» əsasən həyata keçirmək lazımdır. Material SNiP 23–01 üzrə bütün iqlim rayonlarında istifadə oluna bilər. www.tn.ru Əsas fiziki-mexaniki xarakteristikaları TEXNOELAST TERRA Çəki 1 m 2 , kq, (±0,25 kq)* 5,0 Uzununa/çarpaz istiqamətlə parçalama gücü*, N, ən azı poliefir 1000/900 Əriyən tərəfdən büzücünün çəkisi*, kq/m 2 , ən azı 2,0 Çəkiyə görə 24 saat ərzində suhopma*, %, ən çoxu 1 Büzücünün kövrəklik temperaturu*, С, ən yuxarı mənfi 35 R=25 mm tirdə elastiklik temperaturu*, С, ən yuxarı mənfi 25 Ən azı 0,2 MPa təzyiqdə 2 saat ərzində sukeçirməzlik* Mütləq İstiliyə davamlılıq*, С, ən azı 100 Qoruyu örtüyün tipi yuxarı tərəf qum əriyən tərəf loqotipli plyonka Uzunluq/en, m 101 Altlığın qablaşdırması loqotipli ağ termosıxlaşdırıcı paket * – QOST 2678–94 üzrə sınaqlar metodikası. 27