test A4_Catalog_ПГС_Азербаджан_3 | Page 111

TN-FASAD SİSTEMİ EKONOM Taxta karkas üzərində vinil saydinqli üzlüklə fasad sistemi Proprietăţi fizico-mecanice de bază ÖLÇÜ, QABLAŞDIRMA M² SƏRFIYYAT Vinil saydinq SAYGA Dəstə (10 panel) Panelin qabaritləri: 3,85  0,25 m (0,96 m.kv.) m² 105 TEXNONİKOL AirGuard Sd5 buxar- izolyasiya* Rulon (1,5  50 m) m² 12 OYP-3 plitələri m² – TEXNOBLOK daş pambıq plitələr TŞ 5762-010-74182181-2012* m² 102 Binanın karkası m 3 – TEXNONİKOL Tyvek® Housewrap diffuziya membranı Rulon (1,5  50 m) m² 12 Kontrreykalar 40 – 60 mm m² – Daxili haşiyə QKL və ya QVL m² – * – alternativ material «TEXNONİKOL armaturlanmış buxar-izolyasiya», «Universal buxar-izolyasiya plyonkası». ** – alternativ materiallar TEXNOLAYT və ROKLAYT daş pambıq plitələri. Sistemin təsviri Sistemin karkas dirəkləri ya ağaclardan, yaxud da polad termoprofillərdən hazırlanır. Karkasın dirəkləri arasındakı boşluq yüngül yanmayan TEXNOBLOK istilik izolyasiya plitələri ilə doldurulur, bunun sayəsində TN-FASAD Ekonom nəinki daha qənaətli olur, həm də divarların minimal qalınlığına malik olur. Oriyentir-yonqar plitələri (OYP-3) binanın karkas sxemində sərt bağlar funksiyasını yerinə yetirir və SAYGA vinil saydinqin montajı altında əsasa çevrilir. Həm OYP-3 plitələrinin, həm də ümumilikdə fasad sisteminin xidmət müddətini artırmaq üçün saydinq və bütöv əsas arasında TEXNONİKOL Tyvek® Housewrap diffuziya membranı yerləşir. Bu material rütubətli havanı fasaddan xaric edir və bununla yanaşı, OYP-3 plitələrini üzlüyün altından düşən çöl rütubətindən (yağış, şeh, duman) qoruyur. Sistem daxildə TEXNONİKOL AirGuard® Sd5 buxar-izolyasiyası ilə ifrat rütubətdən müdafiə olunur, onun zolaqları birləşdirici TEXNONİKOL Tyvek® butil-kauçuk və ya akril lenti ilə yapışdırılır. Buxar-izolyasiya və daxili haşiyə arasındakı aralıq daxili kommunikasiyaların çəkilməsi və buxar- izolyasiya qatının hermetikliyinin zədələnmədən qorunması üçün nəzərdə tutulmuşdur. Tətbiq olunma sahəsi TN-FASAD Ekonom sistemi birmənzilli binaların, kotteclərin, taunhausların və müxtəlif təyinatlı azmərtəbəli binaların inşası üçün nəzərdə tutulmuşdur. İşlərin həyata keçirilməsi «Xarici konstruksiyaların istilik izolyasiyası üzrə texniki həllər albomuna» əsasən. www.tn.ru 111