test A4_Catalog_ПГС_Азербаджан_3 | Page 109

TN-FASAD SİSTEMİ VENT Ventilyasiya olunan asma fasad sistemi Sistemin təsviri TN-FASAD Vent sisteminin dekorativ ekranı fasadı atmosfer yağıntılarından qoruma funksiyasına malikdir. Üzlük panelləri ilə isidicinin arasında ventilyasiya olunan aralıq yerləşir. Aralıqda havanın dövrüyyəsi sayəsində istilik izolyasiya qatı daima quru vəziyyətdə saxlanılır. İstilik izolyasiyası həm birqat, həm də ikiqat quraşdırıla bilər: — — Birqat istifadə (TEXNOVENT). — — İkiqat istifadə (TEXNOVENT + TEXNOLAYT*). Daşıyıcı kronşteynin hərəkətli hissəsi və daşıyıcı profilin ona xüsusi bərkidilməsi sayəsində sistem divarlardakı nahamarlıqları nivelirləyir. Sistemin montajı zamanı «yaş» proseslər görülmür, buna görə də işlər hava şəraiti ilə məhdudlaşmır. Fasadın fakturasının və strukturunun geniş seçimi üzlük ekranın müxtəlif materiallarından istifadə sayəsində mümkün olur: keramoqranit, yaxud fibrosement plitələr, alüminium kompozit panellər. Sistemin iş müddəti 60 ilə qədərdir (altsistemin keyfiyyətindən asılı olaraq). Proprietăţi fizico-mecanice de bază ÖLÇÜ, QABLAŞDIRMA M² SƏRFIYYAT TEXNOVENT TŞ 5762-010-74182181-2012 m 2 102 Daşıyıcı altsistem – – Kompozit/keramoqranit/fibrosement – – Polad/plastik mismarla izolyasiya üçün dübel – – Divarların daşıyıcı/özüdaşıyıcı hissəsi – – Tətbiq olunma sahəsi TN — FASAD Vent sistemi hündürlüyü 75 m-ə qədər olan, bütün alovadavamlılıq dərəcələrinə malik və konstruktiv və funksional yanğın təhlükəsinin bütün siniflərinə aid binalarda istifadə oluna bilər. İşlərin həyata keçirilməsi «Çəpərləyici konstruksiyaların istilik izolyasiyası üzrə texniki həllər albomuna» əsasən. www.tn.ru 109