NOVCO MELUMAT KİTABİ4 | Page 4

5 4 NOVCO GROUP TARİXÇƏSİ ÖN SÖZ... 1999-cu il-mən Türkiyənin ticarət mərkəzlərindən biri olan Kapitolda özümə münasib geyim seçirdim, və eyni zamanda memar/arxitektor işi axtarırdım. Fikirləşə bilməzdim ki, 9 ildən sonra Türkiyədə ilk mağazamı məhz bu ticarət mərkəzində açacağam. Bundan Agah Olanı mən bir il sonra tanıdım. 1999-cu ilə qayıdaq. 20 kv.m. olan ilk mağazamız indiyə kimi yadımdadır. Biz o mağazada üçümüz işləyirdik- bacım, qardaşım və mən. Bacım satış üzrə məsləhətçi işləyirdi, mən eyni zamanda həm direktor, həm də kadrlar və marketinq üzrə menecer idim, balaca qardaşım isə nizam-intizama nəzarət edirdi. Hal-hazırda bizim mağazalarımızın ərazisi 4 min kv.m. çoxdur. Biz - yəni Novco şirkəti artıq 500 nəfərik və çox peşəkar komanda, mehriban ailə kimi işləyirik. Qarşımıza qoyduğumuz məqsəd isə Uca Allahın izni ilə 4 min kv. m ərazini 40 min kv.m yüksəltməkdir. Biz bu gün də sürətlə inkişaf edirik. Qeyd etmək istərdim ki, hal-hazırda bizim şirkət yeni regionların öyrənilməsi ilə məşquldur. Novco yeni biznes strukturları ilə tanış olur, informasiya texnologiyaları və üzvi birləşmələrin istehsalı kimi sahələrə sərmayə yatırır. Istərdim ki, Tanrının izni ilə biz dəfələrlə artaq, vahid mexanizm kimi çalışaq və vətənimizə, cəmiyyətimizə xeyir gətirək. Bizi ruhlandıran və bizə daim dəstək olan bütün dostlarımıza və həmkarlarımıza öz minnətdarlığımı bildirmək istəyirəm. Ən böyük minnətdarlığım isə Yaradanadır. Arzum budur ki, mən onu heç vaxt itirməyim! Həmd olsun aləmlərin Rəbbi Allaha! Fərid Novruzi Prezident Novco Şirkətlər Qrupu 1994-cü ildə Fərid Novruzi tərəfindən yaradılıb. Baş ofis Bakı şəhərində yerləşir. Şirkət Azərbaycanda, Litvada, Gürcüstanda, fəaliyyət göstərir. Şirkət genişləndikcə tərkibinə müxtəlif fəaliyyət göstərən digər şirkətlər daxil olmuşdur: • • • • • • • 1994 1999 2001 2004 2007 2007 2007 Novco Construction Novco Trade Novo Group MYBRAND’S Novco Sport Novco Manufacturing Novco Şirkətin gələcək planlarına Azərbaycanda və onun hüdudlarından kənarda inkişaf etmək, təklif etdiyi hər bir sektorda yüksək nailliyyətlər qazanmaq daxildir.Biz xalqımızın şirkətə olan etibar və güvənini qoruyub saxlamaq, müştərilərimizə daima innovativ, uğurlu məhsul və xidməti təklif etmək üçün çalışırıq!