NOVCO MELUMAT KİTABİ4 | Page 16

17 16 ƏMƏLİYYAT SAHƏSİNDƏ ÇALIŞAN ƏMƏKDAŞLARIN XARİCİ GÖRÜNÜŞ VƏ QİQİYENASI Ümumi standartlar: • Ən azı gündə bir dəfə duş qəbul etmək, əsasən növbənizdən öncə • Təmiz və ütülənmiş forma geyimi • Təmiz və səliqəli, forma geyimi ilə uyğunlaşan forma ayaqqabısı • Ətirdən hiss olunmamaq dərəcəsində istifadə edilə bilər • Xoşagəlməz qoxuların olmaması (tər, siqaret, soğan, alkoqol və s.) Umumiyyətlə, diş gigiyenasına diqqət, nəfəsin təravətli olması. Lakin saqqız çeynəmək qəti qadağandır. Xanımlar üçün: • Təmiz yuyulmuş saçlar; Səliqəylə daranmış/ baxımlı saçlar sadə stildə toplanmalıdır; “Extreme” saç stili qadağandır (təraş olunmuş saçlar və ya qeyri-natural saç rəngi); Uzun saçlar tam toplanaraq üzdən yığılmalıdır; Saçların yığılması, hər–hansı vasitə ilə toplanması, rəngi və stili xidməti geyimə uyğun olmalıdır. • Təbii makiyaj tövsiyyə edilir; Makiyaj hər zaman xidməti geyimi tamamlamalıdır; Yalnız acıq rənglər istifadə edilməlidir. • Sizin əlləriniz sizin iş vəsaitiniz olduğu üçün hər zaman müştərinin diqqətindədir. Bu səbəbdən onlar hər zaman təmiz, baxımlı olmalıdırlar (uzun və ya süni dırnaq qadağandır); Xidmət sahəsində işləyən xanımlar təmiz və ya neytral rəngli dırnaq boyalarından istifadə edə bilərlər. Hər hansı dırnaq bəzəyi “nail art” icazə verilmir. • Qəbul olunan zinyət əşyaları: nişan üzüyü və kiçik ölçülü sırğadır; parlaq iri zinyət əşyaların taxılması qadağandır. Bəylər üçün: • Təmiz yuyulmuş saçlar; Müntəzəm olaraq səliqəli və baxımlı olmalıdır; Qısa və təmiz olmalıdır (köynəyin yaxasına dəyməməli); “Ekstrim” saç stili qadağandır (boyalı, yuxarı daranmış); Bakenbardlar uzun olmamalı, qulağın orta hissəsinə qədər, enliyi isə 25 mm-dən çox olmamalı; İaşə və texniki işçilər daha ehtiyatlı olmalıdırlar və heç zaman acıq saçla isə başlamamalıdırlar; Natural rəngli saç rəngi olmalıdır. • Səliqəli bığ və saqqal saxlamağa icazə verilir. • Qəbul olunan zinyət əşyaları: nişan üzüyü və saatdır. Standart görünüşlü metal və ya dəri kəmərli saatlar icazə verilir. Dəri olduğu halda, rəngi qara, tünd qəhvəyi və yaxşı vəziyyədə olmalıdır • Əllər və dırnaqlar təmiz olmalı, dırnaqlar səliqəli kəsilməlidir. Xidməti geyim: Adlıq • Adlıqlar, xidməti geyimin ayrılmaz bir hissəsi olaraq hər zaman sol döş nahiyəsində taxılmalıdır. Ad aydın, təmiz və ləkəsiz olmalıdır. Xidməti geyim • Müştəri Xidməti sahəsində əməkdaşlar üçün nəzərdə tutulan xidməti geyimlər brendin tələbinə uyğun olaraq dəyişə bilər. Beləki, brendin və ya şirkətin ciddi tələbi əsasında təqdim edilən xidməti geyim dəyişdirilmədən (qısaldılmadan, uzadılmadan, forması dəyişdirilmədən) istifadə olunur. Hər hansı bir brendin müəyyən olunmuş geyim forması mövcud deyilsə, geyim forması ağ köynək, qara, klassik şalvar və qara, bağlı, alçaqdaban ayaqqabı kimi istifadə olunur. Bu mövzu rəhbərlik tərəfindən tələb olunan zaman yenidən baxılaraq tətbiq edilə bilər.