15
14
DAXİLİ QAYDALAR
HAQQINDA
İşə gecikmə / işə gəlməmək
İşə gəlməmək və ya gecikmək qəti qadağandır. Bu hal baş
verdikdə işçiyə töhmət verilir. İşə gecikmək və ya gəlməmək üçün
ciddi səbəblər olduqda şöbə müdirinizdən icazə almalısınız.
Müdiriniz işdə olmadığı halda, müavininə və ya İnsan Resursları
şöbəsinin müdiri ilə əlaqə saxlamalısınız.
İş qəzaları, xəstəliklər
İş zamanı başınıza gələn qəzalar haqqında dərhal öz şöbənizin
rəhbərliyinə və Əməyin mühafizəsi üzrə mütəxəssisə xəbər verin
ki, icbari sığortadan istifadə edə bilmək üçün tələb olunan qəza
hesabatını hazırlaya bilsinlər. Əgər xəstələnsəniz və ya işə gələ
bilməsəniz (məsələn, xəstə uşağa baxdığınız hallar), xahiş olunur
bu barədə ən gec işinizin başlama vaxtından 3 saat əvvəl şöbənizin
rəhbərinə məlumat verəsiniz. Əgər sizin iş qabiliyyətinizin
itirilməsi barəsində həkim tərəfindən təsdiq edilərsə o zaman
sağaldıqdan sonrakı gün İnsan Resursları Şöbəsinə həmin arayışı
təqdim edin.
Unutmayın ki, xəbərdarlıq etmədən bir gün işə gəlməməniz
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq
işdən azad edilməsi üçün əsas yarada bilər.
İnternet səhifələrinə yerləşdirilən məlumatlar
Bloq, Facebook və digər sosial şəbəkələrdə Novco Şirkətlər Qrupu
və onun işçilərinə aid neqativ məlumatlar yayan informasiyanın
yerləşdirilməsi qadağandır. Bu cür informasiyanın yerləşdirilməsi
işdən çıxarılma üçün əsas ola bilər.
Elektron-keçid kartlarindan istifadə
Elektron-keçid kartı işçiyə verilərkən müvafiq kompyuter-
qeydiyyat sistemində həmin işçinin adına qeydiyyata alınır.
İstifadə qaydaları:
QADAĞANDIR:
• Təhlükəsizlik qayda və proseduralarına qəsdən əməl etməmək
• Spirtli içkilərin təsiri altında olaraq şirkət ərazisinə daxil olmaq
• İş yoldaşlarına qarşı cinsi xarakterli provokasiyalar
• Kobud, zərər verə bilən zarafatlar etmək
• Kollektivə aid olmayan şəxslərin icazəsiz xidməti sahələrə
girməsinə imkan yaratmaq
• Şirkətin açarlarını və giriş kartını itirdikdə və bu barədə qrup
rəhbərinə və təhlükəsizlik xidmətinə xəbər verməmək
• Məxfilik qaydalarına əməl etməmək
• Şirkət qeydiyyatlarını və iş qrafikini qəsdən saxtalaşdırmaq
• İş vaxtı yatmaq
Bütün hallarda inzibati cəza tədbiri inzibati xətanın baş verdiyi
şəraitdən, xətanın ciddiliyindən və baş verdiyi vaxtdan ötən
müddətdən asılı olacaqdır.
İnzibati cəza tədbiri verilməzdən əvvəl, əlaqədar şəraitin
araşdırılması və ya dəyərləndirilməsi məqsədilə xətanı törədən
işçinin işi müvəqqəti olaraq dayandırıla bilər. Bu müddət ən
çox 4 gün ola bilər və işçiyə bu müddətə görə, araşdırmanın
nəticəsindən asılı olaraq sonradan vəsait ödənilməsi və ya
ödənilməməsi barədə şirkət rəhbərliyi qərar verir.
Kartı deşmək, qatlamaq, suya salmaq və onun deformasiyasına
səbəb ola biləcək digər fiziki təsirlərə məruz qoymaq;
Kartı digər şəxsə vermək;
VACİBDİR:
Kart itdikdə və ya yararsız hala gəldikdə dərhal İnsan Resursları və
İT Şöbələrinə məlumat verilməlidir. Əks halda məlumat verilən
vaxtadək kart vasitəsilə edilən hərəkətlərə görə məsuliyyət kart
sahibinin üzərinə düşür.
İnzibati xətalar / İşdən qovulma ilə nəticələnən proseduralar
aşağıda qeyd olunmuşdur:
1ci inzibati xəta – hadisə ilə əlaqədar şifahi və ya yazılı xəbərdarlıq
2ci inzibati xəta – Yazılı xəbərdarlıq
3cü inzibati xəta – İşdən çıxarılma barədə yazılı bildiriş
QEYD: İnzibati xətanın ciddilik dərəcəsindən asılı olaraq
xəbərdarlıqların sayı üçdən az ola bilər.