Albalılı aş ilə toyuq
Porsiya: 3-4
Tərkibi:
1 toyuq
1 ç.q. sumaq
1 x.q. ərinmiş kərə yağı
2 x.q. bitki yağı
Duz, istiot
Aş üçün:
500 qr basmati düyüsü
2-3 lavaş
100 q əridilmiş yağ
100 q albalı (vişnə, çəyirdəksiz)
5 q zəfəran
Duz
Hazırlanması:
1. Toyuq ortasından kesilib,yuyulur. Qurudulur.
2. Duzlanıb,istiotlanıb özel tabaka tavasında qızardılır.
3. Üstünə ərinmiş kərə yağı sürtüb, sumaq səpilir
4. Plov üçün: Düyü 2-3 saatlıq soyuq duzlu suda isladılır.(su 2 sm düyünü örtəcək
qədər)
5. Böyük qazanda qaynamağa su qoyulur (dinab). Duz tökülür.
6. Düyü qaynayan suya elave edilib, 10 dəqiqə ərzində arabir qarışdırılaraq bişirilir.
7. Hazır düyünün ortasında ağ nöqtə qalmalıdır. Düyü aşsüzənə süzülür.
8. Albalılar yuyulur. Zeferan 2-3 x.q isti suda dəmlənir. Qazanın dibine 2-3 x.q.
ərinmiş yağ töküb, ,yağlanılır.
9. Qazanın dibinə lavaş düzülür və təkrar yağlanır.
10. Sırayla düyü,yağ,albalı, zəfəran töküb axıra kimi qat-qat yığılır.
11. Ən sonda düyünün üstünə zəfəran tökülür. İslanmış çay dəsmalını qapağa
bürüyüb, qazan az istilikdə 1-1.5 saat dəmlənir.
gilasmagazine
51