Gilas2017 gilas2017 | Page 68

Armudlu çörӘk (Bİrnbrod) ( ˚ tərkİbİ ˚ ) İçlik üçün 2 orta armud 150 qr quru encir 100 qr qoz ləpəsi 50 qr kişmiş 50 qr ərik qurusu 75 qr fındıq ləpəsi 75 qr badam ləpəsi 1 limonun qabığı 1 portağalın qabığı 1 ç.q. limon şirəsi 1 portağalın şirəsi 2 ç.q albalı və ya armud şirəsi 1 x.q darçın ½ ç.q. qara bibər tozu ½ ç.q mixək ½ ç.q muskat qozu ½ ç.q hill 1 ç.q zəncəfil tozu Xəmir üçün: 20 qr quru maya 50 qr şəkər tozu 250 qr un 25 qr yumşaq kərə yağı ½ ç.q. duz 1 yumurta 130 ml ilıq su ( ˚ Hazırlanmasi ˚ ) 1. Maya üzərinə 1 çimdik şəkər tozu və 50 ml ilıq su qatılır, qarışdırılır. Üzəri qida plyenkası ilə örtülür və 5-10 dəqiqə isti yerdə saxlanılır. 2. Maya qalxandan sonra un və digər ərzaqlar qatılır, elastik xəmir yoğrulur, 2 saat isti yerdə saxlanılır. 3. Armudların qabığı soyulur, tumları təmizlənir, yarıya bölünür. Qazana qoyub, üstü örtülənədək su əlavə edilir, 5-10 dəqiqə bişirilir. Suyu süzülüb, soyudulur. 4. Qoz, fındıq, badam, əncir, ərik qurusu doğranılır, kişmiş və ədviyyatlar əlavə edilir. 5. Portağal və limonun qabıqları, şirəsi əlavə edilib, qarışdırılır. Armud da doğranılıb, əlavə edilir. 6. Xəmir perqament kağızının üstündə 5-6 mm qalınlığında 4 bucaq şəklində açılır. Ortasına uzunsov şəkildə içlik qoyulur, xəmir qatlanır. Ucları yaxşıca yapışdırılır və tikişlər altda qalmaq şərti ilə çörək çevrilir. 7. Çörəyin üzərinə yumurta sarısı çəkilir. Sobada üzəri folqa kağızı ilə örtülüb 180° С 40 dəqiqə bişirilir. Sonra folqa götürülür və daha 10 dəqiqə bişirilir. Üzəri üçün: 1 yumurtanın sarısı foto: Fəridə Ələsgər mәtn: Fəridə Ələsgər — фото: Фарида Аласкар текст: Фарида Аласкар 68 69