Gilas2017 gilas2017 | Page 106

Armudlu brauni { ˚ ― P o r s İ ya : 8 - 1 0 ( ˚ Hazırlanmasi ˚ ) ( ˚ tərkİbİ ˚ ) ― 5 yetişmiş armud 200 qr tünd şokolad 3 ç.q. limon şirəsi 250 qr yumşaq kərə yağı 250 qr şəkər tozu 1 çimdik duz 1 ç.q. vanil ekstraktı 3 x.q. süd 4 yumurta 180 qr un 20 qr kakao 2 ç.q. qabartma tozu 200 qr qovrulmuş və xırdalanmış fındıq ˚ } 1. Armudların qabığı soyulur, bir neçə hissəyə bölünür və dərhal üzərinə limon şirəsi əlavə olunur. Şokolad mikrodalğalı soba və ya su buxarında əridilir. 2. Yağ şəkər tozu,duz və vanil ekstraktı mikser ilə krem qatılığını alanadək çalınır. Sonra yumurtalar bir-bir əlavə edilərək çalınır. Şokolad, un, kakao və qabartma tozu da əlavə olunaraq ehtiyat ilə qarışdırılır. Sonda fındıq və süd də əlavə olunub, qarışım soba tavasına tökülür. 3. Üzərinə armudlar düzülür, sobada 190 ° С 35 dəqiqə ərzində bişirilir. foto: Şahzadə Hüseynova mәtn: Şahzadə Hüseynova — фото: Шахзада Гусейнова текст: Шахзада Гусейнова 106 107