5-ci sinif Azərbaycan dili "Xocalı faciəsi" 1 şagird 1 komyuter ərizə

Dərs planı 5-ci sinif Azərbaycan dili “Xocalı faciəsi” Sinif:5-ci sinif. Fənn:Azərbaycan dili. Tarix:26 fevral Standartlar:1.1.2-Dinlədiyi məlumatlardakı əsas faktları seçir. 1.2.4-Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir. 3.1.2-Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır. 3.1.4-Müxtəlıf əməli yazılar(elan,məktub)yazır. Mövzu: “Xocalı faciəsi” İnteqrasiya:Tarix:2.1.2 İngilis dili:4.1.1 Texnikalar:BİBÖ,qruplarda arşdırma İş forması:Kollektiv və qruplarla iş. Resurslar:İnternet resursları:XOCALİ FACİƏSİ.webm,Xocalı Soyqırımı 26 Fevral 1992.mp4, Metodiki resurslar:5-ci cinif Azərbaycan dili(Müəllim üşün metodik vəsait),iş dəftəri,təqdimat üçün kağizlar,marker. Texniki resurslar:kompüter,proyektor,lövhə,cədvəl,iş vərəqləri. Gözlənilən nəticələr:-Əsas məlumatları qeyd etməklə dinləyir. -Verilmiş materiallarla bağlı fikir yürüdür:hadisələri təxmin edir,təəssüratlarını bölüşür. -Həyatdan misallar gətirməklə mənəvi dəyərlər haqqında fikir yürüdür. -Müxtəlıf mənbələrdən istifadə etməklə verilmiş mövzu üzrə yazılı məruzə hazırlayır. -Təəssüratlarını bölüşmək üçün məktub yazır. Dərsin gedişi: Fəallaşdırma:Şagirdlərə müraciət edirəm: -Uşaqlar,hərə özünə aid bir unudulmayan tarix desin. Ş- Cavabları dinlədikdən sonra soruşuram: -Bəs hər il bugünki günü xatırlamağımızın səbəbi nədir? Şagirdlər”25-26 fevral günü Xocalı soyqırımı törədilib”cavabını verirlər. Motivasiya: Lövhədə BİBÖ cədvəli asılır.Şagirdlərə suallar verlir: M:-Xocalı faciəsi ilə bağlı nələri bilirsiniz? Ş:- M:-Xocalı faciəsi ilə bağlı daha nələri bilmək istəyirsiniz? Ş:- Cavablar verildikcə BİBÖ cədvəlindəki birinci 2 sutun doldurulur. Xocalı faciəsi haqqında Bilirəm İstəyirəm bilim Öyrəndim Sonra proyektorla Xocalı facəsi.webmİnternet materialı nümayiş etdirilir. Yönəldici suallar verilir:-Lövhədə göstərilən materiallar sizə necə təsir etdi? -Günahsız insanları öldürmək mənəvi dəyərlərə sığırmı? -Bu işdə ermənilərə kim havadarlıq edirdi? Tədqiqat sualı:Xocalı faciəsini necə qiymətləndirirsiniz? 21 il əvvəlki Xocalını dünyaya necə tanıtmalıyıq?